Bayden ən yaxşı vaxtında belə ağıllı deyildi - Tramp
    • 2-10-2023, 08:21
    • 233

Bayden ən yaxşı vaxtında belə ağıllı deyildi - Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, dövlət başçısı Cozef Bayden hazırda ən yaxşı formada deyil.

News24.az TASS-a istinadən xəbər verir ki, bunu Ayova ştatında keçirilən mitinqdə çıxış edən Tramp deyib: “Bayden ən yaxşı vaxtında belə ağıllı deyildi, amma artıq heç ən yaxşı vəziyyətdə də deyil”.

Tramp hesab edir ki, planet Üçüncü Dünya müharibəsinə əvvəlkindən daha yaxındır. ABŞ-ın keçmiş rəhbəri amerikalıları belə müharibədən qoruyacağına söz verib, eyni zamanda Bayden administrasiyasını açıq-aşkar zəif xarici siyasət yürütməkdə ittiham edib.