-
- 22-07-2024, 18:08
- 328
Azərbaycanlı namizədin adı bu siyahıdan çıxarıldı
Məsud Pezeşkianın yeni hökumətində təhsil naziri kimi 5 namizəddən biri olan təbrizli müəllim Mürtəza Məcidfərin adı namizədlər siyahısından çıxarılıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu, Pezeşkianın müşaviri, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin tapışırığı ilə edilib.
Zərif Mürtəza Məcidfərin nazirliyə namizədlikdən məhrum edilməsini “milli və dil mənsubiyyətinin olmaması” ilə əlaqələndirilib. Keçmiş xarici işlər naziri və ətrafının fikrincə, Məcidfər daha çox Azərbaycan kimliyi ilə tanındığı üçün “iranlı milli kimliyi”ndən uzaqdır.
Məcidfərin adının siyahıdan çıxarılması Məsud Pezeşkianın seçki qərargahının azərbaycanlı üzvlərinin etirazlarına səbəb olub. Onlar kampaniya başladaraq, məsələnin yenidən araşdırılmasını, Mürtəza Məcidfərin adının namizədlər siyahısına salınmasını tələb ediblər.
Qeyd edək ki, 1963-cü il təvəllüdlü Mürtəza Məcidfər təhsilin idarə edilməsi üzrə fəlsəfə doktoru, həmçinin sənaye mühəndisidir. O, Azərbaycan dili və mədəniyyətinin İranda qorunub saxlanılması, inkişafı istiqamətindəki fəaliyyətləri ilə tanınır. Azərbaycanlı mədəni fəal azərbaycanlı uşaqların ana dilini öyrənib mənimsəməsi istiqamətində tədbirlər, konfranslar və festivallar keçirib.