Bakıda DƏHŞƏT: Ata azyaşlı övladlarını bıçaqladı
    • Bu gün, 09:45
    • 107

Bakıda DƏHŞƏT: Ata azyaşlı övladlarını bıçaqladı

Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Rza Eyyubov əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti vurub.

Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb.

Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı Teymur Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Həkimlər onu cərrahi əməliyyat ediblər. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparırlar.