Dəhşətli hadisə: Gəzərkən uçurumdan yıxıldı
    • 23-07-2024, 11:34
    • 226

Dəhşətli hadisə: Gəzərkən uçurumdan yıxıldı

Mardinin Artuklu rayonunda gəzintiyə çıxan qadın qayadan yıxılaraq xəsarət alıb. 

News24.az xəbər verir ki, gecə saatlarında gəzintiyə çıxan qadın müvazinətini itirərək uçurumdan yıxılıb.

Hadisə yerinə sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib.

Yanğınsöndürənlər tərəfindən yıxıldığı yerdən xilas edilən qadın xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə