Çəkdiyi siqaret sonu oldu
    • 22-04-2024, 22:30
    • 180

Çəkdiyi siqaret sonu oldu

İddialara görə, Türkiyədə 7-ci mərtəbədə yaşayan Yusuf Gümüş siqaret çəkmək üçün pəncərəyə gedib.

News24.az xəbər verir ki, bu vaxt Gümüş müvazinətini itirərək beton döşəməyə yıxılıb. 

Hadisə yerinə tibb və polis işçiləri sövq edilib. Ağır yaralanan Gümüş təcili yardımla xəstəxanaya aparılıb.

Evli və 2 övladı olan Gümüşü xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə