-
- 23-07-2024, 21:22
- 233
Avropa hələ də ən çox Rusiya qazını alır
Rusiyanın Ukraynaya təcavüzündən iki il sonra Qərb Rusiyadan enerji təchizatını azaltmaq istəsə də, hələ də “Qazprom”un boru kəməri qazının əsas alıcısıdır. Avropa bu sahədə bu gün də Çinlə rəqabət aparır.
News24.az KONKRET.az-a istinadən xəbər verir ki, bir çox beynəlxalq sanksiyalardan sonra da Rusiya hələ də ayrı-ayrı Avropa ölkələrinə əhəmiyyətli həcmdə qaz tədarük edir və bu il həcmlər hətta artıb. Lakin Moskva Çinə satışlarda heç bir yeni sövdələşməyə getməyib.
Bloomberg-in Ukraynadan keçən axınlara və “Türk axını”na əsaslanan hesablamalarına görə, “Qazprom”un Avropadakı bir neçə qalan müştərilərinə qaz tədarükləri yanvar-iyun aylarında 14,6 milyard kubmetrə çatıb. Bu, Ukraynada müharibə başlamazdan əvvəl müşahidə edilən təxminən 130-175 milyard kubmetrlik regiona illik satışdan xeyli aşağıdır.
Bu, “Qazprom”un bu ilin birinci yarısında Çinə verdiyi 15,2 milyard kubmetrlə müqayisə oluna bilər.