-
- 25-07-2022, 21:53
- 383
“Qazprom” “Şimal axını” ilə təbii qaz nəqlini azaldacaq
Rusiyanın enerji şirkəti olan “Qazprom” “Şimal axını” boru kəməri üçün istifadə edilən turbin mühərrikinin texniki səbəblərə görə dayandırıldığını və buna görə də xətt vasitəsilə nəql edilən təbii qazın miqdarının azaldığını açıqlayıb.
News24.az xəbər verir ki, bu haqda “Qazprom” yazılı açıqlama yayıb.
Bildirilib ki, “Şimal axını” üçün istifadə edilən Portovaya kompressor stansiyasındakı “Siemens” turbin mühərriki texniki səbəblərdən dayandırılıb.
Açıqlamada, iyulun 27-dən etibarən Portovaya kompressor stansiyası vasitəsilə gündəlik maksimum 33 milyon kubmetr təbii qazın daşına biləcəyi qeyd olunub.
Qeyd edək ki, “Şimal axını” Rusiya qazını Almaniya üzərindən Avropaya daşıyan mühüm xətlərdən biri kimi tanınır.
Avropa idxal etdiyi təbii qazın təxminən 40 faizini Rusiyadan alırdı.