-
- 23-07-2024, 14:22
- 960
Atası tərəfindən öldürülən Əlinin FOTOSU
Xəbər verdiyimiz kimi, Bakının Binə qəsəbəsində ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb.
1974-cü il təvəllüdlü Rza Eyyubov əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti yetirib.
Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb.
News24.az hadisə nəticəsində vəfat edən 10 yaşlı Əli Eyyubovun və ağır yaralı vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılan 4 yaşlı Teymur Eyyubovun fotosunu əldə edib.
Qeyd edək ki, Rza Eyyubovun 3 oğlu olub. Uşaqlardan biri hadisə baş verən gün, yəni ötən gün axşam qonşuların köməyi ilə evdən uzaqlaşdırılıb.
Fotoda: Sağda Əli Eyyubov, ortada Teymur Eyyubov
Aqil Qarayev