Dünyanın ən ölümcül 5 bitkisi: Bir toxumu belə...
    • Dünən, 23:23
    • 64

Dünyanın ən ölümcül 5 bitkisi: Bir toxumu belə...

Dünyada 390 minə yaxın bitki növü mövcuddur. Bu bitkilərin əksəriyyəti zərərsiz olsa da bəzilərinin kiçik miqdarı belə insanları zəhərləyə, hətta öldürə bilər.

News24.az Sfera.az-a istinadla həmin təhlükəli bitkiləri təqdim edir. 


Tütün

Ticari məqsədlər üçün yetişdirilən tütündə nikotin və anabazinə rast gəlinir. Hər il 5 milyondan çox insan tütünə görə həyatını itirir. Bu fakta görə o, dünyanın ən ölümcül bitkisi hesab olunur.


Təsbeh çiçəyi

Təsbeh çiçəyinin tərkibində öldürücü təsirə malik abrin zülalı mövcuddur. Tropik ölkələdə yetişdirilən bu bitkidən, əsasən, zərgərlik və təsbehlərin istehsalında istifadə olunur. Cızılmış, qırılmış və çeynənmiş toxumlar isə insan orqanizmi üçün zərərlidir.


Oleandr

Digər adı zakkum olan bu bitki çiçəkləri gözəlliyinə görə dekorativ bitki kimi istifadə olunur. Oleandr yemək qusmaya, ishala və səbəbsiz nəbzə səbəb olur və ölümlə nəticələnə bilir.


Xanımotu

Bu bitki çiçəkləyən dövrdə, iyun-iyul aylarında daha zəhərli olur. Tərkibində olan atropin və skopalamin maddələri bədənin iflic olmasına səbəb ola bilər.


Gənəgerçək

Gənəgerçək dekorativ bitki kimi yetişdirilir. Emal olunmuş toxumları genəgerçək yağının istehsalında istifadə olunsa da olduqca təhlükəlidir. Bir toxumu ilə uşaqları, 8 toxumu ilə isə yetişkin insanları öldürə bilər.