Meksika yığmasının yeni baş məşqçisi müəyyənləşdi
    • Dünən, 22:24
    • 70

Meksika yığmasının yeni baş məşqçisi müəyyənləşdi

Meksika yığmasının yeni baş məşqçisi müəyyənləşib.

News24.az "Report"-a istinadən xəbər verir ki, komanda Xavyer Aqirreyə tapşırılıb.

Onun köməkçisi isə "Barselona"dan ayrılan Rafael Markes olub.

Qeyd edək ki, 65 yaşlı mütəxəssis əvvəllər İspaniyanın "Malyorka", "Leqanes", "Atletiko", Meksikanın "Monterrey", Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vahda" klublarında, həmçinin Misir və Yaponiya yığmalarında çalışıb.