Naviqatora inanıb Roma əvəzinə Almaniyaya getdi
    • 29-05-2019, 12:53
    • 828

Naviqatora inanıb Roma əvəzinə Almaniyaya getdi

İngiltərə vətəndaşı Roma papasını görmək üçün İtaliya əvəzinə Almaniyaya gedib. 

News24.az xarici mətbuata istinadən xəbər verir ki, 81 yaşlı şəxs naviqatorda Roma yazmaq istəyərkən hərf səhvinə yol verərək Rom yazıb və Almaniyanın kiçik qəsəbəsinə gəlib çıxıb. Ətrafa baxmaq üçün avtomobildən enən şəxs maşının əl əyləcəini işə salmağı unudub. Buna görə də avtobil qəsəbə haqda məlumatın olduğu dirəyə çırpılıb. Hadisə ilə bağlı araşdırma aparan polis 81 yaşlı qocanın Romadan 1440 km uzaqlıqda olduğunu bildirib. Buna baxmayaraq yolunu azan səyahətçi İtaliyaya səfərinə davam edir və qrafikdən cəmi bir neçə saat geri qaldığını açıqlayıb.