“WhatsApp”dan internetsiz yeni funksiya
    • Bu gün, 21:20
    • 72

“WhatsApp”dan internetsiz yeni funksiya

iPhone üçün WhatsApp-ın beta versiyasında internetdən istifadə etmədən yaxınlıqdakı insanlarla fayl paylaşmağa imkan verən funksiya gələcək.

News24.az xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.

Yenilik “WhatsApp”ın iOS üçün 24.15.10.70 nömrəli beta versiyasında yayımlanacaq. 

Qeyd edək ki, yaxınlıqda olan qurğular arasında sənədləri, fotoları, videoları və digər faylları ötürməyə imkan verən oxşar funksiya əvvəllər messencerin Android-də Beta versiyasında olub. Bununla belə, yaxınlıqdakı cihazları aşkar etmək üçün avtomatik aşkarlama metodundan istifadə edən Android versiyasından fərqli olaraq, iOS versiyası faylları paylaşmaq üçün sizdən QR kodu skan etməyi tələb edəcək.

Bu funksiya Android və iOS-da mövcud olacaq və ötürülən məlumatları qorumaq üçün başdan-başa şifrələnəcək. Yenilik hələ inkişafın ilkin mərhələsindədir, ona görə də onun messencerdə görünmə tarixi açıqlanmayıb.

Günel Məlikzadə