“WhatsApp”-da yeni funksiya
    • 6-07-2022, 13:09
    • 351

“WhatsApp”-da yeni funksiya

“WhatsApp”-a yeni funksiya gəlib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, “WhatsApp” əvvəllər 1 saat 8 dəqiqə 16 saniyə olan mesajların silinmə müddəti qaydasını 2 gün 12 saata qədər artırmaq qərarına gəlib. Bu yenilik həm “iOS”, həm də “Android” istifadəçiləri üçün keçərlidir. 

“WABetaInfo”-nun verdiyi məlumata görə, digər yeni funksiya isə qrup rəhbərlərinin qrupdakı üzvlərin mesajlarını silə bilməkləridir. Hələ ki, bu, test mərhələsindədir.