Mer Demirin anası:
    • 23-07-2024, 22:10
    • 606

Mer Demirin anası: "Evlənmək istəsələr.."

"Antidepresan", "Ateşe Düşürüm", "Gözüme Bak" kimi mahnıları ilə tanınan Mert Dəmir son vaxtlar Serenay Sarıkaya ilə eşq yaşaması ilə gündəm olub.

News24.az xəbər verir ki, ötən gecə Harbiye Cəmil Topuzlu Açıq Hava Teatrında səhnəyə çıxan Mert Dəmiri anası Gülgün Dəmir də tək qoymayıb.

Konsertdən əvvəl jurnalistlərin suallarını cavablandıran Gülgün Dəmir ilk dəfə oğlunun Sarıkaya ilə münasibətindən danışıb.

Gülgün Demir, "Serenay Sarıkaya ilə daha əvvəl tanış olmuşuq. İkisi bir-birindən razıdır, heç nə deyə bilmərəm" deyib.

Mert Dəmirin anası evlilik sualına "Evlənmək istəsələr də, problem yoxdur. Bu, özlərindən aslıdır. İndi birlikdədirlər, çox xoşbəxtdirlər" deyib.

Günel Məlikzadə