ABŞ-da yeni hədəf
    • 23-07-2024, 23:00
    • 220

ABŞ-da yeni hədəf

"Onilliklərin ən əhəmiyyətli əməliyyat uğursuzluğu".

News24.az xəbər verir ki, bu sözlərin sahibi Amerika Məxfi Xidmətinin rəhbəri Kimberli Çitldir.

Çitl Amerika Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsinin iclasında iştirak edib.

O, Pensilvaniya ştatının Batler şəhərində keçmiş prezident Donald Trampa sui-qəsd cəhdi ilə bağlı ifadə verib.

Qeyd edək ki, Məxfi Xidmətin rəhbəri uğursuz olduqlarını etiraf edib. O da məsuliyyəti öz üzərinə götürüb.

Cheatle Trampı qorumaq üçün kifayət qədər resurs ayrılmadığına dair iddialara da cavab verib.

O, sui-qəsd cəhdindən bir müddət əvvəl təhlükəsizliyin gücləndirildiyini müdafiə edib. "Təhlükəsizlik səviyyəsi təhdidlər inkişaf etdikcə durmadan artır" deyib.

Cheatle, Pensilvaniya mitinqindən əvvəl Trampın əlavə təhlükəsizlik tələbini də qarşıladıqlarını iddia edib.

Lakin o, təhlükəsizlik planı ilə bağlı sualları cavabsız qoyub.

O bildirib ki, Məxfi Xidmət bu məsələ ilə bağlı daxili araşdırma aparır.

Sessiya zamanı həm Demokratlar, həm də Respublikaçılar Partiyasından bir-birinin ardınca istefa çağırışları gəlib.

Günel Məlikzadə