Trampa sui-qəsd cəhdi: Amerika Məxfi Xidməti təhlükəsizlik böhranındadır?
    • 15-07-2024, 16:32
    • 265

Trampa sui-qəsd cəhdi: Amerika Məxfi Xidməti təhlükəsizlik böhranındadır?

ABŞ-ın keçmiş prezidenti və yeni dövr namizədi Trampı hədəf alan silahlı hücum, "Amerika Gizli Xidmətində təhlükəsizlik zəifliyi var" sualını gündəmə gətirib.

News24.az xəbər verir ki, hücumla bağlı təhqiqat davam edərkən, Gizli Xidmətin mitinqdən əvvəl lazımi tədbirləri görüb-görmədiyi müzakirə mövzusudur. Amerikanın The Wall Street Journal qəzeti Məxfi Xidmətin böyük böhranla üzləşdiyini yazıb.

Xəbərdə "20 yaşlı gənc Donald Trampı necə vura bilərdi? Və təxminən 100 metrlik məsafədən" deyilib.

“Trampın vurulması Məxfi Xidmətin onilliklərdəki ən böyük uğursuzluğudur” başlıqlı məqalədə deyilir ki, hücum keçmiş prezident Ronald Reyqanın 1981-ci ildə güllələnməsindən bəri Gizli Xidmət üçün bəlkə də ən böyük təhlükəsizlik böhranı yaradıb.

Eyni zamanda, Məxfi Xidmətin keçmiş yüksək vəzifəli məmuru Bill Pikl qəzetə bildirib ki, Məxfi Xidmətin mitinq zonasından kənarda dam örtüyünü qoruya bilməməsi üçün heç bir bəhanə yoxdur. O, həmçinin əlavə edib ki, Trampın qulağına dəyən, bir nəfəri öldürən, iki nəfəri yaralayan güllələri hücum edən şəxsin açması mümkün deyil.

Məxfi Xidmətin mitinqlərdən əvvəl müntəzəm olaraq ətrafdakı müəssisələrə, binalara baş çəkdiyi və təhlükəsizlik perimetrindən kənar ərazilərə nəzarət etmək və qorumaq üçün yerli polislə koordinasiyada işlədiyi vurğulanıb.

Hücumla bağlı təhqiqatı Amerika Federal Təhqiqat Bürosu (FTB) aparır. Müstəntiqlər mitinqdən əvvəl Gizli Xidmətin hərəkətlərini və sərəncamında olan bütün resurslardan necə istifadə etdiklərini qiymətləndirəcəklərini bildirirlər.

Günel Məlikzadə