Nazpəri Dostəliyeva: "İlhamənin ayaqqabısını bağlayan, çantasını daşıyanlar..."
    • 17-09-2018, 17:30
    • 3 724

Nazpəri Dostəliyeva: "İlhamənin ayaqqabısını bağlayan, çantasını daşıyanlar..."

Prodüser Tarix Əliyevin aparıcılığı ilə "Xəzər" TV-də yayımlanan "Hər şey daxil verilişinin qonağı xalq artisti Nazpəri Dostəliyeva olub. 

Prodüser sənətkarların qalmaqallı mövzularla gündəmə gətirilməsindənsə sağlığında qədrinin bilinməsinin vacibliyini vurğulayıb. 

O, həmçinin mərhum xalq artisti İlhamə Quliyeva ilə N.Dostəliyevanın qalmaqalından da söz açıb:

"İlhamə xanımla əyləşmişdim. Nazpəri Dostəliyevaya zəng vurub dedim ki, İlhamə onunla danışmaq istəyir. İ.Quliyeva telefonu götürdü və heçnə olmamış kimi "Nazı necəsən? İstəyirəm ki, anamım anım mərasimində yanımda olasan".

Nazpəri Dostəliyeva onun xətrinə dəymədi. Amma sonradan mənə zəng etdi ki, "Tolik, incimə, amma mən İlhamənin yanında ayaqqabısını bağlayan, çantasını daşıyanlar kimi yalandan orada otura bilmərəm. Mənim ürəyim demirsə gəlməyəcəyəm".

Mən Nazpəri xanımın başına tac qoyanda da dedim ki, bunu sizin ürəyinizə görə edirəm".

Teymur Məmmədov