Pezeşkiandan ana dilində təhsillə bağlı yeni addım
    • 23-07-2024, 17:46
    • 278

Pezeşkiandan ana dilində təhsillə bağlı yeni addım


İran Prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində ilk addımı atıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Pezeşkianın seçki qərargahı məlumat yayıb.

Bildirilib ki, bunun üçün "15-ci Prinsip Komitəsi” yaradılıb və doktor Cavad Miri komitənin rəhbəri təyin edilib.

15-ci maddənin necə və hansı səviyyədə icra olunacağı barədə geniş açıqlama verilməsə də, Pezeşkiana yaxın dairələr yeni təhsil ilindən türklər yaşayan bir sıra bölgələrdə sınaq üçün ana dilində təhsilin ilk mərhələsinin başlanılılmasının nəzərdə tutulduğunu bildiriblər.

Qeyd edək ki, "15-ci Prinsip Komitəsi”nin rəhbəri Cavad Miri bu barədə özünün X səhifəsində paylaşım etsə də, başçılıq edəcəyi komitənin fəaliyyətinin təfərrüatı barədə açıqlama verməyib.