-
- 29-05-2019, 13:55
- 5 735
Ginekoloq Sona Gürgün Vəliyevanın ölümü ilə bağlı Baş Prokurorluqda araşdırmaya başlanıldı
İki gün bundan əvvəl Baku Medical Plazada liposaksiya əməliyyatından sonra vəfat edən həkim-ginekoloq Sona Gürgün Vəliyevanın ölümü ilə bağlı araşdırmaya başlanılıb.
Baş vermiş ölüm hadisəsilə bağlı News24.az-a açıqlama verən Baku Medical Plazanın həkimi Sirus Qoçxaninin adının çəkilməsini istəməyən köməkçisi bildirib ki, vəfat edən xanım həkimdir: "Vəfat edən bizim öz həmkarımızdır. Onun qohumları çox narahatdılar. Dünən də dəfndə dedilər ki, bütün saytlardan şikayət edəcəklər. Çünki onlardan xəbərsiz məlumatlar verilib. Dedilər ki, niyə bizim ölümüzə hörmətsizlik edirlər, gözləyərdilər, heç olmasa, 3-ü çıxardı. Həyat yoldaşı da çox əsəbidir. Bizim də marağımızdadır ki, onun ailəsi açıqlama versin, amma onlar imtina edirlər".
Məsələ ilə bağlı News24.az Bakı Medical Plaza ilə əlaqə saxlayıb. Sözügedən özəl klinikada ölüm faktı təsqdiqini tapıb. Bildirilib ki, hazırda Baş Prokurorluqda məsələ ilə bağlı araşdırma aparılır, bu səbəbdən də əlavə məlumat verilmir. Klinikadan xəstənin trombembaliya diaqnozundan vəfat etdiyi də əlavə edilib.
Qeyd edək ki, Baku Medical Plazanın həkimi Sirus Qoçxani həmkarı həkim-ginekoloq olan Sona Gürgün Vəliyevanı əməliyyat edən zaman bədbəxt hadisə baş verib. Belə ki, liposaksiyadan sonra S.Gürgün dünyasını dəyişib. Onu da nəzərnizə çatdıraq ki, bu, estetik-cərrah Sirus Qoçxaninin ikinci uğursuz əməliyyatıdır. 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.
"Sirus Qoçxani yaxın günlərdə mətbuat konfransı verəcək və bütün məsələlərə aydınlıq gətirəcək". Afaq Mirayiq