“Baku Medical Plaza”da ölüm
    • 9-04-2019, 14:23
    • 1 443

“Baku Medical Plaza”da ölüm

Bakıda 71 yaşlı qadın məşhur klinikada vəfat edib.

News24.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə aprelin 8-də “Baku Medical Plaza” baş verib. Bərdə rayon sakini, 1948-ci il təvəllüdlü Günəş Cəlilova ürəyində olan şikayətlərlə xəstəxanaya yerləşdirilib və həmin gün orada vəfat edib. Onun “qalxan aortanın cırılmış anevrizması” diaqnozundan öldüyü müəyyən edilib.

G. Cəlilovanın qohumları şikayətçi olmadıqlarını deyərək meyitin daxili müayinə olunmasına etiraz ediblər.

Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.