"Survivor" iştirakçısı görün nə yedi
    • Bu gün, 12:45
    • 75

"Survivor" iştirakçısı görün nə yedi

American Race to Survive yarışmasının iştirakçılarından olan Spenser Korri Cons adlı şəxs ölkənin əksər hissəsində nəsli kəsilmiş Weka quşunu ovlayaraq yeyib.

News24.az xəbər verir ki, ikinci mövsümü Yeni Zelandiyada çəkilən proqramda iki nəfərlik doqquz komanda təbiətə buraxılaraq 500 min dollarlıq baş mükafat uğrunda mübarizə aparıb.

Yarışma iştirakçılarından daha çox öz yeməyini ovlamaqla sağ qalan Spenser Korri Cons qorunan Weka quşunu öldürüb.

Yerli media və proqramdan olan görüntülərə görə, Cons quşu öldürərkən onun qorunduğunu bilib.

Məlumata görə, müsabiqə iştirakçısı "axmaq" səhvə yol verdiyini və aclığa hazır olmadıqlarını bildirib.

"Mənim yemək yeməyə çox böyük ehtiyacım var və mənim "sadəcə qaydanı pozmaq" fikri var idi. Bəli, bunun bir qayda olduğunu bilirdim, amma ac olanda bunun əhəmiyyəti olmur" dedi.

Qeyd edək ki, Cons, komanda yoldaşı Oliver Dev ilə birlikdə proqramın 8-ci bölümündə diskvalifikasiya edilib.

Yeni Zelandiyanın Mühafizə Nazirliyi yarışmaçılarda yorğunluq və şiddətli aclıq kimi "qeyri-adi qrup dinamikası vəziyyətlərini" əsas gətirərək şirkətə və iştirakçıya yazılı xəbərdarlıq edib.

Onu da bildirək ki, Maraqlı quş növü olan weka, dəyişən iqlim şəraiti və yırtıcıların sayının artması səbəbindən Yeni Zelandiyada böyük ölçüdə yox olub.

Günel Məlikzadə