Oxşarına görə 17 il həbsdə oldu
    • 6-09-2018, 12:46
    • 1 118

Oxşarına görə 17 il həbsdə oldu

Amerikanın Kanzas ştatında qəribə hadisə baş verib. 

Belə ki, 42 yaşlı Riçard Cons oxşarının tərtdiyi cinayətə 19 il müddətinə həbs olunub. 

Cəzasının 17 ilini həbsxanada keçirən R.Consun təsadüf nəticəsində günahsız olduğu bilinib. Günahsız məhkumun dostu cəzaçəkmə müəsisəsində ona bənzəyən birinin cəza çəkdiyini deyib. 

2017-ci ildə həbsdən çıxan Riçard Cons bu ilin avqust ayında məhkəməyə müraciət edərək ç1 milyon dollar təzminat tələb edib. Bundan başqa o, qızının təhsilinin davam etdirilməsini, vəkillərə ödənilən pulun geri qaytarılmasını həmçinin evə xadimə və psixoloq istəyib. 

Teymur Məmmədov