Azərbaycanda müəllim şəlalədən yıxılıb öldü
    • Bu gün, 14:10
    • 81

Azərbaycanda müəllim şəlalədən yıxılıb öldü

Dünən İsmayıllı rayonunda şəlalədən yıxılaraq ölən Ağabala Ağayev barəsində bəzi təfərrüatlar məlum olub.  

News24.az Lent.az-a istinadla bildirir ki, Ağabala Ağayev İvanovka kənd orta məktəbində idman müəllimi işləyibmiş.

O, tanışları ilə rayonun Çayqovuşan kəndi ərazisində yerləşən şəlaləyə istirahətə gedib. Həmin vaxt şəlaləyə çıxan Ağabala Ağayev ehtiyyatsızlıqdan oradan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.