Universitet müəllimi binadan yıxılıb öldü
    • 20-04-2024, 20:06
    • 501

Universitet müəllimi binadan yıxılıb öldü


Rusiyanın Buryatiya Respublikasının Ulan-Ude şəhərində bir nəfər binadan yıxılaraq ölüb.

News24.az Lent.az-a istinadla istinadla bildirir ki, hadisə səhər saatlarında Boevaya küçəsində baş verib. Bir nəfərin çoxmərtəbəli yaşayış binasının pəncərəsindən yıxılması barədə polisə məlumat daxil olub. Hadisə yerinə gələn polis onun öldüyünü müəyyən ediblər.

Müəyyən edilib ki, vətəndaş 18-ci mərtəbədəki eyvandan yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb. Buryatiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda araşdırma aparılır, onun materialları qanuni qərar qəbul edilməsi üçün istintaq orqanlarına veriləcək.

Məlumata görə, 37 yaşlı mərhum sağlam həyat tərzi keçirib, içki içməyib, siqaret çəkməyib, Ulan-Udedəki universitetlərdən birində müəllim işləyirmiş.