3 yaşlı qız oyuncaq əvəzi timsah balaları ilə oynayır
    • Bu gün, 21:13
    • 98

3 yaşlı qız oyuncaq əvəzi timsah balaları ilə oynayır

Tailandda 3 yaşlı qız canlı, vəhşi oyuncaqları ilə gündəm olub.

News24.az Bakupost.az-a istinadla xəbər verir ki, Tailand sakini Kvanrudi qızına canlı timsah balaları ilə oynamağa icazə verdiyi üçün internetdə qınanıb.

Belə ki, timsah ferması olan qadın yumurtadan çıxan bala timsahları qızının ixtiyarına verir.

Balaca onları uşaq kimi bələyir, çimizdirir, yatırdır.

Onun timsah balaları yüzə yaxındır. Ana bu əyləncəli məqamları çəkib, sosial şəbəkələrə yerləşdirir.

İzləyicilərin qınağına isə belə cavab verir:

“Bala timsahlar 20 günə qədər dişləri çıxmır. Onlar uşağı dişləyə bilməz. Sonradan onları ayırırıq”.

Amma uşağın timsahlarla bir suda çimməsi qeyri-gigiyenikdir, suda müxtəlif heyvan bakteriyaları olur.