Dinozavrlarla birgə yaşamış nəhəng timsah aşkar edildi
    • 28-12-2022, 15:06
    • 317

Dinozavrlarla birgə yaşamış nəhəng timsah aşkar edildi

Braziliya alimləri 72 milyon il əvvəl nəhəng titanosaur dinozavrları ilə birlikdə yaşamış nəhəng timsah əcdad növünü aşkar ediblər.

News24.az xəbər verir ki, “Historical Biology”elmi jurnalında dərc olunan araşdırmaya görə, "Titanochampsa" adlı timsah növü 6 metr uzunluğunda olub. 

Məqalədə qeyd olunub ki, 1987-ci ildə tədqiqatçılar Braziliyanın San-Paulu əyalətində sürünənin qismən qorunmuş kəllə damından ibarət fosili aşkar etdilər.

Alimlər bu qədim heyvanın quraq və ya yarı quraq mühitdə yaşayan yarı su canlısı olduğunu iddia edirlər.


Aynurə