Şərqdə dəhşətli savaş başlayacaq: Rusiya da cəlb ediləcək
    • Dünən, 21:47
    • 119

Şərqdə dəhşətli savaş başlayacaq: Rusiya da cəlb ediləcək

Rusiyanı Yaxın Şərqdə qaçılması qeyri-mümkün olan İsrail, Hizbullah, İran müharibəsinə cəlb edə bilər.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Forbes”in baş redaktoru Stiv Forbs çıxış edib.

“İsrail, Hizbullah və İran arasında böyük müharibə yaranır. Toqquşma qaçılmazdır”, – o bildirib.

Forbs deyib ki, başlayacaq müharibə sürətlə genişlənəcək və ona təkcə ABŞ yox, Rusiya da cəlb ediləcək. O, hazırda əsas sualın bunun nə vaxt başlayacağı olduğunu söyləyib.

Qeyd edək ki, son zamanlar İsraillə İran arasında gərginlik kəskin artıb. Üstəlik, İranın nəzarətindəki digər qruplar da İsraili təhdid etməyə başlayıblar.