ABŞ İsrail və İran arasında mümkün münaqişəyə cəlb olunmayacağına ümid edir
    • 12-04-2024, 08:37
    • 308

ABŞ İsrail və İran arasında mümkün münaqişəyə cəlb olunmayacağına ümid edir


ABŞ hakimiyyəti İsrail və İran arasında mümkün münaqişəyə cəlb olunmayacağına ümid edir.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə mənbələrinə istinadən “Reuters“ agentliyi məlumat yayıb.

“ABŞ İranın İsrailə hücum edəcəyini gözləyir, lakin münaqişənin miqyası Vaşinqtonu prosesə cəlb edəcək qədər böyük olmayacaq”, - agentlik qeyd edir.

Günün əvvəlində İsrailin müdafiə naziri Yoav Qalant Pentaqon rəhbəri Lloyd Ostin ilə telefon danışığında İranın İsrailə birbaşa hücumunun “müvafiq zərbə” ilə nəticələnəcəyini bildirib