-
- 24-07-2024, 16:25
- 247
Bu şəxslərə skuter sürmək qadağan EDİLDİ
Azərbaycanda 14 yaşdan yuxarı şəxslər kiçik elektrik nəqliyyat vasitəsi idarə edə biləcək.
News24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Belə ki, 14 yaşdan yuxarı şəxslərə Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ siyahısına velosiped və ya araba ilə yanaşı, kiçik elektrik nəqliyyat vasitəsi də əlavə edilir.
Qanuna əsasən, kiçik elektrik nəqliyyat vasitəsi – gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan və aşağıdakı meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitələridir.
- təkər çarxına mexaniki bağlanan və hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;
- oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan;
- oturacağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az olmayan;
- sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan;
- xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən enerji saxlama sistemi (batareyası) olan;