Mikroavtobus sürücüsü tıxacda DÖYÜLDÜ
    • Dünən, 22:47
    • 65

Mikroavtobus sürücüsü tıxacda DÖYÜLDÜ

Türkiyənin Adana şəhərində mikroavtobus sürücüsü yolda mübahisə etdiyi şəxslər tərəfindən döyülüb. 

News24.az xəbər verir ki, hadisə avtomobilin kamerasına düşüb.

Əldə edilən məlumata görə, hadisə ötən gün saat 18:00 radələrində Seyhan rayonunda, Turhan Camal Beriker Bulvarında baş verib. İddiaya görə, mikroavtobus sürücüsü Erhan Y. yol məsələsinə görə cip sürücüsü ilə mübahisə edib. Daha sonra avtomobilini park edən sürücü piyada olaraq mikroavtobusun qarşısında dayanaraq Erhan Y.-ni çölə çağırıb.

Erhan Y. mikroavtobusdan düşəndə başlayan dava, sürücünün dostlarının da hadisəyə qarışması ilə böyüyüb. Erhan Y. 3 nəfər tərəfindən döyülərkən, panikaya düşən sərnişinlər avtobusdan düşərək qaçıblar. Bir müddət sonra sürücü qaçaraq mikroavtobusa minib. 

Dava ətrafdakıların müdaxiləsi ilə bitərkən, hücum edənlər hadisə yerindən uzaqlaşıblar. 

Döyülməyi barədə xəstəxanadan arayış alan Erhan Y. həmin şəxsləri şikayət edib.

Məryəm İlhamqızı