Dəhşətli anlar: Sürücüyə balta ilə hücum etdi - VİDEO
    • 9-04-2024, 10:39
    • 163

Dəhşətli anlar: Sürücüyə balta ilə hücum etdi - VİDEO

Güngörendə yolda mübahisə edən iki sürücüdən biri digərinin başına balta ilə zərbə endirib. Hadisə zamanı xəsarət alan olmayıb.

News24.az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. İddiaya görə, iki sürücü arasında yol vermə səbəbindən mübahisə düşüb. Sürücülər maşınlarından düşərək yolda dava etməyə başlayıblar.

Ətrafdakılar onları ayırmaq istəyərkən sürücülərdən biri avtomobilindən götürdüyü balta ilə sürücünün başına vurub. Dava ətrafdakıların müdaxiləsi ilə başa çatarkən baltalı sürücü maşınına minərək oradan uzaqlaşıb.

Günel Məlikzadə