4 yaşlı uşaq kanalda boğuldu
    • Dünən, 09:56
    • 117

4 yaşlı uşaq kanalda boğuldu

Sabirabad rayonunda azyaşlı uşaq kanalda boğulub.

News24.az report-a istinadən xəbər verir ki, hadisə Bala-Həşimxanlı kəndində qeydə alınıb.

Belə ki, 2020-ci il təvəllüdlü Yusif Penciyev evlərinin həyətində oynayarkən yaxınlıqdan keçən kanala düşüb və boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.