3 yaşlı uşaq quyuya düşərək ÖLDÜ
    • 21-10-2021, 15:57
    • 351

3 yaşlı uşaq quyuya düşərək ÖLDÜ

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Vəndam kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2018-ci il təvəllüdlü Seymur Teymur oğlu Əliyev həyətdə oynayarkən su quyusuna düşüb. Nəticədə azyaşlı boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır. /Report.az/