Putin Əsədlə görüşdü
    • 25-07-2024, 10:28
    • 147

Putin Əsədlə görüşdü

Rusiya prezidenti Vladimir Putin Moskvada Suriya lideri Bəşər Əsədlə görüşüb.

News24.az xəbər verir ki, məlumatı Rusiyanın RİA agentliyi yayıb.

Kreml görüşün dünən baş tutduğunu açıqlayıb.

Görüş zamanı Putin Əsədə deyib: “Bütövlükdə regionda vəziyyətin necə inkişaf etdiyinə dair fikirləriniz məni çox maraqlandırır”.

Rusiya lideri “Təəssüf ki, gərginliyin artması tendensiyası var, biz bunu görürük. Bu, birbaşa Suriyaya aiddir" deyib.

Əsəd rus tərcüməçi vasitəsilə danışıb və Putinə deyib:

“Bu gün bütün dünyada və Avrasiya regionunda baş verən bütün hadisələri nəzərə alsaq, bugünkü görüşümüz bu hadisələrin inkişafının bütün təfərrüatlarını müzakirə etmək, mümkün imkanları və ssenariləri müzakirə etmək üçün çox vacib görünür”.

Günel Məlikzadə