Putin-Bəşər Əsəd görüşü üç saat davam edib - YENİLƏNİB
    • 15-03-2023, 22:11
    • 189

Putin-Bəşər Əsəd görüşü üç saat davam edib - YENİLƏNİB

Rusiya və Suriya prezidentləri arasında danışıqlar başa çatıb.

News24.az-ın məlumatına görə, Vladimir Putinlə Bəşər Əsəd arasında danışıqlar üç saat davam edib.

***

18.32

Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezident Bəşər Əsəd arasında görüş keçirilib.


News24.az
-ın məlumatına görə, Kremldə keçirilən danışıqlarda Putin bildirib ki, Rusiya və Suriyanın birgə səyləri sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm uğurlar əldə edilib.

Rusiya prezidenti həmçinin əlavə edib ki, 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 7% artıb.

Əsəd zəlzələlərin nəticələrinin aradan qaldırılmasına yardım etdiyinə görə Rusiya Federasiyasına təşəkkür edib. Suriya prezidenti əlavə edib ki, onun səfəri Rusiya ilə Suriya arasında münasibətlərdə yeni mərhələyə yol açacaq.