Traktorla uşaqları vurdu - ölənlər və yaralananlar var
    • 25-07-2024, 12:44
    • 240

Traktorla uşaqları vurdu - ölənlər və yaralananlar var

Türkiyənin Malatya şəhərində 11 yaşlı K.A.-nın idarə etdiyi traktor idarəetmədən çıxaraq yol kənarında oynayan uşaqlara çırpılıb. 

News24.az xəbər verir ki, qəzanı görənlərin xəbəri üzərinə sağlamlıq və polis qrupları bölgəyə yönəldilib.

Qəzada G.Ş., A.K., Ada Yıldırım və onun böyük bacısı Zelal Yıldırım adlı uşaqlar yaralanıb. İlk tibbi müdaxilədən sonra yaralı uşaqlar Akçadağ Dövlət Xəstəxanasına və Malatya Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Akçadağ Dövlət Xəstəxanasına çatdırılan Zelal Yıldırım və Malatya Təhsil və Araşdırma Xəstəxanasına sövq edilən bacısı Ada Yıldırımı həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. 

Traktoru sürən uşaq polis nəzarətinə alınarkən, qəza ilə əlaqədar istintaq başladılıb.

Məryəm İlhamqızı