1 aylıq körpənin acı sonu
    • 8-04-2024, 09:08
    • 165

1 aylıq körpənin acı sonu

Şırnak polis məmuru Ferhat B.-nin idarə etdiyi avtomobil Mardin Nusaybin şosesində Tilkitepe mövqeyində gölməçəyə girməsi və sürücünün sükan hakimiyyətini itirməsi nəticəsində xəndəyə düşüb.

News24.az xəbər verir ki, qəzada sürücü Ferhat B., həyat yoldaşı Zeynep B. (27), uşaqları Aslan Efe B. (2) və 1 aylıq Yiğit Ege B. və Meliha B. (73) yaralanıb.

Xəbər üzərinə bölgəyə tibb, xilasetmə və jandarma işçiləri sövq edildi.

Hadisə yerinə gələn qruplar tərəfindən aparılan nəzarət zamanı 1 aylıq Yiğitin öldüyü müəyyən edilib, yaralılar isə ilk müdaxilənin ardından Nusaybin Dövlət Xəstəxanasına və Mardin Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Körpənin cansız bədəni prokurorluq və jandarma qruplarının qəza yerində müayinə etdikdən sonra Nusaybin Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.

Müalicə olunan yaralılar arasında Ferhat B. və Meliha B.-nin həyati təhlükəsi olduğu öyrənilib, qəza ilə bağlı araşdırma başlanıb.

Günel Məlikzadə