İzmirdə yol qəzası: 1 ölü, 3 yaralı
    • 7-03-2024, 21:10
    • 355

İzmirdə yol qəzası: 1 ölü, 3 yaralı

İzmirin Kiraz rayonunda iki avtomobilin toqquşub.

News24.az xəbər verir ki, Köfunddere qovşağında Devrim Okumuşun idarə etdiyi avtomobil Mehmet Atıcının idarə etdiyi avtomobillə toqquşub.

Qəza zamanı sürücülər və sərnişinlər Osman Kaymak və Hakkı Coşkun yaralanıb.

Xəbər verildikdən sonra bölgəyə 112 Təcili Tibbi Yardım və polis qrupları sövq edilib.

Ağır yaralanan Devrim Okumuş və Osman Kaymak Ödəmiş Dövlət Xəstəxanasına, Mehmet Atıcı Kiraz Dövlət Xəstəxanasına, Hakkı Coşkun isə Tire Dövlət Xəstəxanasına aparılıb.

Yaralılardan Osman Kaymak aparıldığı xəstəxanada edilən müdaxilələrə baxmayaraq xilas ola bilməyib.

Günel Məlikzadə