-
- 25-07-2024, 21:48
- 198
Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Səma Məmmədovanın (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
News24.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Səma Məmmədova azərbaycanlı olan 2 qadın Türkiyənin Tokat vilayətinə yüksək maaşlı işə düzəltmək vədi verib. Bu məqsədlə onları 2018-2020-ci illərdə Tokata aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib. Səma Məmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan olunub.