Ailələr arasında silahlı dava: Ölənlər var
    • Bu gün, 09:54
    • 143

Ailələr arasında silahlı dava: Ölənlər var

Türkiyədə iki qohum ailə arasında torpaq mübahisəsi zəminində başlayan mübahisə silahlı davaya çevrilib.

News24.az xəbər verir ki, tərəflər özləri ilə gətirdikləri tapança və uzun lüləli tüfənglərlə bir-birinə atəş açıblar. Dava zamanı Hacı Şakir Aslan (65) və Arslan Aslan (50) hadisə yerində vəfat edib, N.A. (40) isə yaralanıb. 

Xəbər üzərinə hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edilib.

Hadisə ilə əlaqədar başladılan istintaq çərçivəsində bəzi şübhəlilər nəzarətə alınıb. 

Günel Məlikzadə