İki qrup arasında dava: 11 yaralı
    • 2-04-2024, 09:00
    • 140

İki qrup arasında dava: 11 yaralı

Tekirdağda bir saytın idarəçiliyinə təhvil verilməsi ilə bağlı müzakirə davaya çevrilib. Daş və çubuqların istifadə edildiyi döyüşdə iki qrupdan 11 nəfər yaralanıb.

News24.az xəbər verir ki, iki qrup arasında fikir ayrılığı zəminində çıxan davada 11 nəfər daş və dəyənəklərlə yaralanarkən, hadisə yerinə jandarma,112 təcili tibbi yardım qrupları sövq edilib.

Yaralılar hadisə yerinə gedən təcili tibbi yardım maşını ilə ətraf xəstəxanalara göndərilib.

Hadisənin baş verdiyi yerə çoxlu sayda jandarma və təcili yardım maşınları göndərilib. Jandarma qrupları hadisənin böyüməsinin qarşısını almaq üçün hadisə yerində geniş təhlükəsizlik tədbirləri görüb.

Günel Məlikzadə