-
- 26-07-2024, 19:00
- 429
Amerikalılar uşaq sahibi olmaq istəmirlər - ARAŞDIRMA
ABŞ-də yerləşən Pew Araşdırma Mərkəzinin keçirdiyi sorğuya görə, ölkədə böyüklərin 47 faizi uşaq sahibi olmaq istəmir.
News24.az "Unikal"-a istinadən xəbər verir ki, sorğuda yaşı 50-dən yuxarı olan 2542 və 50 yaşdan aşağı 770 uşaq sahibi olmayan şəxsə uşaq sahibi olmaq istəyib-istəmədikləri soruşulub. İştirakçıların 47 faizi uşaq sahibi olmaq istəmədiyini bildirib.
2018-ci ildə ABŞ-də keçirilən sorğuda uşaq sahibi olmaq istəməyənlərin nisbəti 37 faiz, 2021-ci ildə isə 44 faiz olub.
Respondentlərin əksəriyyəti sadəcə olaraq uşaq sahibi olmaq istəmədiklərini bildirsələr də, bəziləri “dünyada vəziyyətin uşaqlara qulluq etmək üçün uyğun olmadığını”, bəziləri isə “büdcəsinin uşaq sahibi olmaq üçün kifayət etmədiyini” bildirib.
Qadınların 64 faizi uşaq sahibi olmaq istəmədiyini bildirsə də, kişilərdə bu nisbət yüzdə 50 olub.