Tibbdə ilk: lezbiyan cütlük eyni uşağa hamilə qaldı - FOTO
    • 30-10-2018, 13:52
    • 2 521

Tibbdə ilk: lezbiyan cütlük eyni uşağa hamilə qaldı - FOTO

Həmcinsi ilə münasibətdə olan qadın tibb tarixinə düşüb.

Hazırda 5 aylıq olan Stetson adlı körpə əvvəlcə bir, sonra da başqa qadının bətnində olub.

ABŞ-ın Texas ştatında yaşayan eynicinsli cütlük - Bliss və Aşli (Ashleigh) övlad sahibi olmaq istəyiblər.

Onlar Bedford şəhərindəki sağlamlıq mərkəzində işləyən Dr Kathy Doody-yə müraciət edərək ana olmaq istədiklərini bildiriblər.

37 yaşlı Bliss-dən götürülən yumurtalar laboratoriyada donor sperma ilə mayalandırılıb, sonra da götürüldüyü yerə qoyulub. 5 gündən sonra, Bliss uşağı daşımaq istəmədiyini söyləyib və 5 günlük rüşeym Eşlinin bətninə transfer edilib.

29 yaşlı Eşli 9 ay sonra sağlam şəkildə övladını dünyaya gətirib.
Bununla da tibb tarixində bir ilk yaşanıb. Bliss başqasının bətnində böyüyən rüşeymi doğan ilk qadın kimi tarixə düşüb.

Qeyd edək ki, əvvəllər lezbiyan cütlüklər adətən övlad sahibi olmaq istədikdə biri süni mayalanma yolu ilə ana olur, digəri isə övladlığa uşaq götürürdü.

//Mirror.az