-
- 26-07-2024, 20:23
- 1 796
Ən narsist bürclər - Özlərindən başqa heç kimi sevmirlər...
Narsist insanlar özünəvurğun insanlara deyilir. Hər şeyin ən doğrusunun, ən gözəlinin onlarda olduğunu düşünürlər. Başqalarının nə düşünüb hiss etdiyinə əhəmiyyət vermirlər. Özündən başqa heç kimi sevməyən bu insanlar ətraflarındakılara bəzən zərər yetirirlər.
News24.az Teleqaf.com-a istinadla astroloji proqnoza görə ən narsist bürcləri təqdim edir.
Əkizlər - Ən maraqlı bürc kimi önə çıxır. Eqoist və təkəbbürlü olduğu kimi maraqlı olduğu da bilinən Əkizlər bürcü, ümumiyyətlə, söhbətlərdə eqoist rəftarları ilə diqqət çəkir. Çünki özləri haqqında danışmağı sevən bu bürcdən olan insanlar öz müsbət xüsusiyyətlərini çatdırmağı yaxşı bacarırlar.
Dolça - Onlara görə, hər şeyin ən doğrusunu özləri bilirər. Fikirlərini dəyişdirməyə və ya səhv etdiklərini etirafa məcbur etmək dünyanın ən çətin işidir. Bu səbəbdən təkəbbürlü davranışları ilə seçilirlər.
Qoç - Qoçlar hər zaman “öncə mən” deyirlər. Ətrafındakılara təsir etməyi, dediklərinin yerinə yetirilməsini, çevrəsindəkiləriun gündəlik işlərini onun cədvəlinə uyğunlaşdırmasını istəyirlər. Çünki onlara öz işi və günü daha önəmlidir.
Əqrəb - nəyisə istəyirsə, digər insanların gözləntii və istəkləri ikinci plandadır. İlk növbədə onun istəkləri həyata keçirilməlidir. O, empatiya qurmaqda çətinlik çəkir, lakin maraqları təhlükə altına düşərsə, qəflətən çox düşüncəli ola bilirlər.