-
- 26-07-2024, 16:37
- 442
Körpəni anasının qucağından oğurlamaq istədi - VİDEO
Moskvada kişi ananın qucağındakı körpəni oğurlamağa cəhd edib.
News24.az xəbər verir ki, insan oğurluğuna cəhd iyulun 24-də səhər saatlarında baş verib. Həmin şəxs parkda gəzən 38 yaşlı qadına yaxınlaşaraq uşağı onun əlindən alıb.
Hadisə şahidləri onun arxasınca qaçarkən isə o, uşağı yerə atıb.
5 aylıq körpə xəstəxanaya yerləşdirilib. Həkimlər körpəyə qapalı kəllə-beyin travması, döş qəfəsinin əzilməsi, çoxsaylı sıyrıqlar diaqnozu qoyublar.
Körpəni qaçıran şəxs saxlanılıb. Məlumata görə, o, əvvəllər dələduzluqda təqsirli bilinən 27 yaşlı Aleksey Kiriçenkodur. O, həmin zaman sərxoş olub. Paytaxt prokurorluğu Kiriçenkoya qarşı adam oğurluğu maddəsi ilə açılmış cinayət işinin istintaqının gedişinə nəzarət edir.
Teymur MƏMMƏDOV