-
- 30-05-2019, 13:57
- 868
274 nəfər ali məktəblərə imtahansız qəbul olunmaq hüququna sahibdir
Azərbaycanın ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunmaq şansı əldə edən abituriyentlərin sayı açıqlanıb.
News24.az-ın məlumatına görə,xəbərinə görə, Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev deyib ki, 274 nəfər ali məktəblərə imtahansız qəbul olunmaq hüququna sahibdirlər.
O qeyd edib ki, respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub və nəticələrə əsasən, 274 nəfər qalib elan olunub. Onlardan 127-i nəfəri bölgələrdən olan şagirdlərdir». F. Qarayevin sözlərinə görə, beynəlxalq olimpiadaların qalibləri 5 il, Respublika fənn olimpiadalarının qalibləri isə 2 il müddətində ali məktəblərə müsabiqədən kənar qəbul ola bilərlər.
F. Qarayev onu da əlavə edib ki, son illərdə respublika fənn olimpiada qalibərinin ali məktəblərə qəbul zamanı topladığı bal 640-650, riyaziyyat fənni üzrə olimpiada qaliblərinin topladığı bal isə hətta 690 bal olub: «Avropada, Şimali və Cənubi Amerikada və digər ölkələrdə humanitar fənlər üzrə olimpiadalar keçirilmir. Bu, keçmiş Sovet İttifaqından bizə miras qalıb. Adətən olimpiadalar dəqiq fənlər üzrə keçirilir".
Afaq Mirayiq