-
- 23-05-2019, 12:18
- 1 197
Beynəlxalq olimpiadanın qalibləri ali məktəbə imtahansız qəbul oluna bilər - AMMA ...
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmədən bakalavriat səviyyəsində təhsil almaq üçün ali təhsil müəssisəsinə müsabiqədənkənar yerləşdiriləcək.
News24.az-ın xəbırinə görə, bunu Təhsilin İnkişafı Proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirdi. O bildirdi ki, beynəlxlaq olimpiadanın qalibləri yalnız 5 il ərzində ali məktəbə imtahansız qəbul oluna bilərlər. Onun sözlərinə görə, beynəxlaq olimpiadalarda qızıl, gümüş və bürünc medal alan şəxslər Azərbaycanda istənilən ali təhsil müəssisəsində, istənilən ixtisasdan ödənişsiz əsaslarla təhsil ala biləcəklər: "Yeni qaydalar yalnız bizim müəyyən etdiyimiz 11 beynəlxalq olimpiadanın qaliblərinə şamil edilir. Ölkə daxilində isə 8 fənn üzrə olimpiadalar keçirilir. Olimpiada qalibi olanlar yalnız müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil ala bilərlər. Əgər abituriyent Azərbaycan dili üzrə olimpiadada qalib oubsa o hüquq sahəsinə imtahansız qəbul oluna bilməyəcək".
Emin Əmrullayevin fikrincə beynəxlaq yaradıcılıq müsabiqələrinin qalibləri də müvafiq ixtisaslar üzrə təhsil ala biləcəklər: "Bu qaydalar ölkədə təhsildə yeni inkişaf üfüqi açır. Yeni qaydalar şagirdlərimizin beynəlxlaq olimpiadalarda iştirakını stimullaşacaq".
Şöbə müdiri onu da qeyd edib ki, qaydalara əsasən beynəxlaq olimpiadaların qalibləri yalnız 5 il ərzində imtahansız ali təhsil müəssisələrinə qəbul ola biləcəklər.
Qeyd edək ki, ötən ilin yayında Təhsil Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi əsasında “Təhsil haqqında” Qanuna 62 düzəliş edilib. Bu qaydalar həmin düzəlişlər əsasında təsdiq olunub.
Afaq Mirayiq