-
- 27-07-2024, 17:54
- 404
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə UEFA-dan təyinat alıb.
News24.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli "Trabzonspor" və Slovakiyanın “Rujomberok” komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.
Avqustun 1-də Trabzon şəhərində yerləşən “Şenol Güneş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Səfərdəki ilk görüşdə Türkiyə komandası iki cavabsız qolla qalib gəlib.