“Mənə baxıb arzu tutsunlar”
    • 27-07-2024, 21:48
    • 568

“Mənə baxıb arzu tutsunlar”

"DreamFest"in üçüncü günündə səhnə almağa hazırlaşan Avroviziya təmsilçimiz Samirə Əfəndi qırmızı xalı tərzi ilə diqqət çəkib.

News24.az olay-a istinadən xəbər verir ki, müğənni narıncı, parıltılı uzun libasla qırmızı xalıda addımlayıb. Samirənin saç aksessuarı maraqla qarşılanıb.

Bununla bağlı o, özü bunları söyləyib:

"Gecə ulduzlara baxıb arzu tutmağı çox sevirəm. Bu gecə hər kəs mənə baxıb arzu tuta bilər. Bəlkə arzuları çin oldu. Arzularındna, ürəklərindən eşqdən heş vaxt vaz keçməsinlər. Azərbaycan gözəliyəm. Başda Emin Ağalarov olmaqla  dəvətləri üçün çox təşəkkür edirəm. Məncə, Azərbaycan musiqisi üçün böyük bir pillədir. Dünya ulduzlarını gətirmək, onlarla bizim eyni səhnəni paylaşmağımızı təşkil etmək, böyük bir əziyyətdir".

Samirə "DreamFest"in əvvəlki günlərində əhnə alan həmkarları ilə bağlı bunları söyləyib:

"Hər kəsi çox bəyəndim, fərqli, şıq idilər. Hamı gözəldir".

Efendi geyimlərlə bağlı tənqidlərə gəlincə "Vecimə deyilsiniz, "hater"lar", - deyə, bildirib.