Xalq artistlərindən Əfəndiyə DƏSTƏK
    • 19-05-2021, 17:39
    • 528

Xalq artistlərindən Əfəndiyə DƏSTƏK

Xəbər verdiyimiz kimi, Azərbaycanın "Eurovision" təmsilçisi Samirə Əfəndi ötən gecə ilk yarımfilanda çıxış edib. "Mata Hari" mahnısı ilə 14 rəqəmi altında ifa edən ifaçı finala keçmə hüququ qazanıb. O, 22 may tarixində keçiriləcək yarışmanın finalında yenidən səhnəyə çıxacaq.

Xalq artisti Aygün Kazımova News24.az-a Əfəndinin çıxışı ilə bağlı açıqlama verib: "Samirənin çıxışı çox xoşuma gəldi. Onu böyük həyəcanla izlədim. Təmsilçimizə finalda da uğur arzu edirəm. Ona dəstəyəm".

Xalq artisti Tünzalə Ağayeva da uğurlu çıxışla bağlı Samirəni təbrik edib: "Dəyərli Samirəmiz çox layiqli şəkildə ölkəmizi beynəlxalq arenada təmsil edir. Ötən gecəkı çıxışı da çox uğurlu idi. Səhnədə çox gözəl görünürdü, səsi güclü və stabil idi. Həyəcanı ona mane olmadı. Sənət adamı üçün bu, çox yaxşı  keyfiyyətdir. Samirə uğurlu çıxışı ilə yanaşı öz xarakterini və iradəsini də nümayış etdirdi.  Çox sevinirəm ki, məhz onun payına iki il ard-arda ölkəmizi təmsil etmək düşüb. Ona finalda da uğurlar arzu edirəm. Samirə onun müəllimi olmağımı hər zaman, hər yerdə qeyd edir. Bunu eşitmək çox xoşdur. Fürsətdən istifadə edib dünya azərbaycanlılardan finalda da Samirəyə dəstək olmalarını xahiş edirəm. Samirə bu ilin ən güclü rəqiblərdən biridir. Bir daha ona uğurlar arzu edirəm".